Menyu

Lerikdə paytaxt sakinindən "Kalaşnikov" avtomatı aşkarlanıb

Nərmin Qocamanlı
Lerikdə paytaxt sakinindən "Kalaşnikov" avtomatı aşkarlanıb

Lerikdə paytaxt sakinindən "Kalaşnikov" avtomatı aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz odlu silah-sursatın saxlanılması və daşınmasında şübhəli bilinən Bakı şəhəri Sabunçu rayon sakini Samir Dadaşov Lənkəran-Lerik yolunun 50-ci kilometrliyində saxlanılıb. Keçirilən baxış zamanı onun əlindəki çantadan 1 ədəd "Kalaşnikov" markalı avtomat və həmin silaha aid 15 ədəd patron aşkarlanıb. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı zəruri istintaq tədbirləri davam etdirilir.

Teqlər:

"Lerikd\u0259 paytaxt sakinind\u0259n \"Kala\u015fnikov\" avtomat\u0131 a\u015fkarlan\u0131b"

Əlaqəli Xəbərlər