Menyu

Muğanlı-İsmayıllı yolunda yük maşını aşıb, sürücü ölüb

Nərmin Qocamanlı
Muğanlı-İsmayıllı yolunda yük maşını aşıb, sürücü ölüb
1 dəq oxu

Oktyabrın 30-u gecə saatlarında Muğanlı-İsmayıllı avtomobil yolunun Ağsu rayonunun Kalva kəndi ərazisindən keçən hissəsində “”Forland” markalı yük avtomobilinin sürücüsü, 1985-ci il təvəllüdlü Məmmədov Anar Bəxtiyar oğlunun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya bildirilib ki, sürücü A.Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Əlaqəli Xəbərlər