Bakıda avtoyuma məntəqəsindən nəqliyyat vasitəsi qaçırılıb
Nərmin Qocamanlı
Oktyabrın 28-də saat 21 radələrində Xətai rayonunun Babək prospektində yerləşən avtoyuma məntəqələrinin birindən “KİA” markalı avtomobilin qaçırılması barədə 34-cü Polis Şöbəsinə məlumat daxil olub.
DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, araşdırmalarla bu əməlin avtoyuma məntəqəsinin işçisi tərəfindən törədilməsi müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Xaçmaz rayon sakini, əvvəllər məhkum olunmuş Mətləb Məmmədquliyev Quba rayonu ərazisində avtomobillə saxlanılıb.
Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net