http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək

30 Oktyabr 2023 , 15:04
DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək

Noyabrın 4-də Dövlət İmtahan Mərkəzinin (DİM) Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında rəqəmsal SAT imtahanı keçiriləcək.

DİM-dən "Operativ Media"ya bildirilib ki, imtahan verəcək şəxslər saat 07:15-dən gec olmayaraq aşağıda qeyd edilən sənəd və vasitələrlə birlikdə imtahan binasında olmalıdırlar:

1. Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;

2. Buraxılış vərəqəsi – “Admission Ticket”;

3. “College Board”un tələblərinə cavab verən notbuk və ya planşet (adapter ilə birgə).

Qeyd olunan sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda iştirakçı test mərkəzinə buraxılmır.

İştirakçılar imtahana, həmçinin kalkulyator, qeydləri aparmaq üçün qələm və ya karandaş gətirə bilərlər. Qaralama üçün vərəq DİM-də verilir.

İmtahan iştirakçısının notbuk və ya planşetini imtahan mərkəzinə gətirmək imkanı yoxdursa və o, “College Board”dan notbuk/planşet sorğu edilməsi prosesindən keçməyibsə, həmin iştirakçı DİM-ə buraxılmayacaq.

Qeyd edək ki, 4 noyabr SAT imtahanının iştirakçıları imtahan tarixindən beş gün əvvəl “Bluebook”da yaradılmış şəxsi hesablarına daxil olmalı və imtahanın qurulmasını (test set up) başa çatdırmalıdırlar. Bu prosesin sonunda imtahan iştirakçılarına buraxılış vərəqəsi onlayn qaydada təqdim ediləcək.

Rəqəmsal SAT barədə ətraflı məlumat DİM-in rəsmi internet səhifəsində yerləşdirilib.

2023-cü ilin sonuncu SAT imtahanının DİM test mərkəzində 2 dekabr tarixində keçirilməsi nəzərdə tutulur.

Əlavə sual yarandığı halda [email protected] ünvanına yazmaq olar.

OXŞAR XƏBƏRLƏR
Balaxanı, Sabunçu və Ramana qəsəbələrinin bir hissəsinə suyun verilməsində fasilə yaranacaq

Balaxanı, Sabunçu və Ramana qəsəbələrinin bir hissəsinə suyun verilməsində fasilə yaranacaq

“LC Waikiki”nin Azərbaycandakı rəsmi nümayəndəsi məhkəmədə iddia qaldırıb

“LC Waikiki”nin Azərbaycandakı rəsmi nümayəndəsi məhkəmədə iddia qaldırıb

Sabiq şöbə rəisləri Mahir Şirvanov və Məlikməmməd Qurbanov barəsində hökmlərdən apellyasiya protesti verilib

Sabiq şöbə rəisləri Mahir Şirvanov və Məlikməmməd Qurbanov barəsində hökmlərdən apellyasiya protesti verilib

XƏBƏR LENTİ
  • 17:24

    Nyu-Yorkda TDT XİN başçılarının qeyri-rəsmi görüşü keçirilib - FOTO
    Nyu-Yorkda TDT XİN başçılarının qeyri-rəsmi görüşü keçirilib  - FOTO
  • 17:19

    Balaxanı, Sabunçu və Ramana qəsəbələrinin bir hissəsinə suyun verilməsində fasilə yaranacaq
  • 17:11

    “LC Waikiki”nin Azərbaycandakı rəsmi nümayəndəsi məhkəmədə iddia qaldırıb
  • 17:09

    "Araz-Naxçıvan" - "Səbail" matçı Sumqayıtda keçiriləcək
  • 17:08

    Sabiq şöbə rəisləri Mahir Şirvanov və Məlikməmməd Qurbanov barəsində hökmlərdən apellyasiya protesti verilib
  • 17:06

    AAYDA: Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşır
  • 16:52

    Pərviz Şahbazov Serbiyaya səfər edib
  • 16:46

    Azərbaycan-Qətər hərbi-texniki əməkdaşlığının perspektivləri müzakirə olunub
Menyu