Menyu

Yeddi ay ərzində su hövzələrindən 876 ədəd sintetik tor götürülüb

Nərmin Qocamanlı
Yeddi ay ərzində su hövzələrindən 876 ədəd sintetik tor götürülüb

Martın 27-dən oktyabrın 27-dək “Hövzələri sintetik torlardan birlikdə təmizləyək” aksiyası çərçivəsində su hövzələrindən 876 ədəd sintetik tor götürülüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, həmin müddət ərzində Xəzər dənizinin Bakı, Sumqayıt, Xızı, Lənkəran, Astara, Siyəzən, Xaçmaz, Samux, Şabran akvatoriyası, Kür, Araz, Təngərüdçay, Həkəriçay, Lənkərançay, Ağstafaçay, Aşıqbayramlı, Şəmkir, Mingəçevir, Yenikənd su anbarları, Baş Şirvan, Baş Mil-Muğan kollektorları, “Xanqızı” su kanalı, Mahmudçala, Varvara ovçuluq təsərrüfatları, “Kiçik körfəz” ərazisi, Sarısu, Qumyataq göllərinin ərazisindən 40 min 376 metr uzunluğunda sintetik tor yığışdırılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər