Menyu

NİİM daha bir yolayrıcında hərəkətin idarə edilməsində dəyişiklik edib

Nərmin Qocamanlı
NİİM daha bir yolayrıcında hərəkətin idarə edilməsində dəyişiklik edib

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən daha bir yolayrıcında hərəkətin idarə edilməsində dəyişiklik olunub.

NİİM-dən "Operativ Media"ya verilən məlumata görə, bununla həm piyadaların yolu təhlükəsiz keçməsi təmin edilib, həm də sürücülər bu yolda vaxt itkisi ilə qarşılaşmayacaqlar.

Nərimanov rayonu, Təbriz küçəsi ilə Ağa Nemətulla küçələrinin kəsişməsində aparılan monitorinq zamanı müəyyən edilib ki, Təbriz küçəsindən Ağa Nemətulla küçəsinə sağa dönən zaman işıqforun yaşıl işığı həm nəqliyyat vasitələri, həm də piyadalar üçün eyni vaxtda yanır və qəza şəraiti yaranır.

Problemin qarşısını almaq üçün işıqforun iş rejimi 2 fazadan 3 fazaya dəyişdirilib və yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkəti təmin edilib.

Kəsişmədə edilən dəyişiklikdən sonra bu yoda sıxlığın qarşısı qismən alınıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər