http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

XRİTDX: Son 9 ayda 2 milyondan çox zərərli tərkibli elektron poçt blok edilib

31 Oktyabr 2023 , 10:24
XRİTDX: Son 9 ayda 2 milyondan çox zərərli tərkibli elektron poçt blok edilib

Son 9 ayda 2 milyondan çox zərərli tərkibli elektron poçt blok edilib.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən (XRİTDX) "Operativ Media"ya verilən məlumata görə, Azərbaycan Respublikası dövlət orqanlarının internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 654 saylı Fərmanına əsasən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumları üçün yaradılmış dövlət elektron poçt xidmətində 3 rübü ərzində ümumilikdə 21 milyon 738 min elektron poçt emal edilmiş, onlardan 19 milyon 467 mini istifadəçilərə çatdırılmış, 2 milyon 4 mini zərərli tərkibli olması ilə blok edilmişdir. Hazırda xüsusi mühafizə avadanlıqları ilə təmin olunmuş elektron poçt xidmətindən 543 domen adı ilə dövlət qurumlarının 30.000 əməkdaşı istifadə edir.

pages-4112096-6733825.jpg

 

Saxta domenlərin fəaliyyətinin qarşısı alınıb:

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən 3 rüb ərzində qeydə alınmış və dövlət qurumlarından daxil olmuş məlumatlar əsasında kiberhücumların analizi ilə 871 kiberhücum indikatoru (IOC) müəyyən edilmiş və bloklanması ilə dövlət qurumlarına qarşı hazırlanmış xüsusi hədəflənmiş APT kiberhücumların qarşısı alınmışdır. Bu kibertəhdidlərin 322-si daxili araşdırma, 549-u isə dövlət qurumları tərəfindən daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunmuşdur.

pages-3376609-1856472.jpg

Bununla yanaşı, 1-ci yarımildə Xidmət kiberkəşfiyyat imkanlarından istifadə etməklə dövlət qurumları domenlərinə (gov.az) bənzədilmiş 65 saxta domenin ölkə üzrə fəaliyyətinin qarşısını almışdır. Bunun nəticəsində xakerlər tərəfindən xüsusi hədəflənmiş kiberhücum hazırlıqlarında hakerlərin dövlət qurumları adından istifadə edilməsi planları pozulmuş və kiberhücum cəhdləri qabaqlanmışdır.

OXŞAR XƏBƏRLƏR
Nyu-Yorkda TDT XİN başçılarının qeyri-rəsmi görüşü keçirilib  - FOTO

Nyu-Yorkda TDT XİN başçılarının qeyri-rəsmi görüşü keçirilib - FOTO

Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Azərbaycan-Belarus hərbi əməkdaşlığına dair müzakirələr aparılıb

Azərbaycan-Belarus hərbi əməkdaşlığına dair müzakirələr aparılıb

XƏBƏR LENTİ
  • 19:08

    Ceyhun Bayramov BMT-nin İnsan hüquqları üzrə Ali Komissarı ilə görüşüb
  • 18:55

    İsrailin Baş Qərargah rəisi Livanda quru manevrinə hazırlıqlarını açıqlayıb
  • 18:51

    SOCAR Türkiyə 1-ci Liqası klubuna sponsorluq edəcək
  • 18:37

    Ceyhun Bayramov Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib
  • 18:34

    Cəbrayıl şəhərinə ilk köç karvanı yola salınıb
  • 18:30

    TƏBİB-də geniştərkibli müşavirə keçirilib
  • 18:25

    Azərbaycan-Somali hərbi əməkdaşlığına dair müzakirələr aparılıb
  • 18:18

    PA-nın Vətəndaş Qəbulu Mərkəzində oktyabrda vətəndaşların qəbulu cədvəli açıqlanıb
    PA-nın Vətəndaş Qəbulu Mərkəzində oktyabrda vətəndaşların qəbulu cədvəli açıqlanıb
Menyu