Menyu

AQTA: Azərbaycana 197 xarici qida obyektinin məhsul gətirməsinə icazə verilib

Nərmin Qocamanlı
AQTA: Azərbaycana 197 xarici qida obyektinin məhsul gətirməsinə icazə verilib

Azərbaycana 197 xarici qida obyektinin məhsul gətirməsinə icazə verilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, AQTA 15 ölkə üzrə 224 xarici qida obyektində qiymətləndirmə aparılıb. Həmin müəssisələrdən 197-sinin təsdiqlənməsi başa çatdırılıb. 20 obyekt uyğunsuzluqların müəyyən olunmuş müddətdə aradan qaldırılması şərtilə təsdiq edilib. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar qiymətləndirilmiş 3 müəssisənin təsdiqindən imtina olunub. 4 obyektlə bağlı qiymətləndirmə hesabatları isə yekunlaşmaq üzrədir.

Qiymətləndirilmiş xarici qida obyektləri Rusiya, Belarus, Almaniya, Çin, Ukrayna, İran, Gürcüstan, Polşa və digər ölkələrdə fəaliyyət göstərir.

Teqlər:

"AQTA: Az\u0259rbaycana 197 xarici qida obyektinin m\u0259hsul g\u0259tirm\u0259sin\u0259 icaz\u0259 verilib"

Əlaqəli Xəbərlər