http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Bağçalara işə qəbul müsabiqəsinin müsahibə mərhələsi başlayıb

31 Oktyabr 2023 , 14:01
Bağçalara işə qəbul müsabiqəsinin müsahibə mərhələsi başlayıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi başlayıb.

Bu barədə "Operativ Media"ya BŞTİ-dən məlumat verilib. Bildirilib ki, bu gündən başlanan və noyabrın 2, 6 və 7-də keçiriləcək müsahibələrdə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələrinə əsasən, keçid balını toplamış 96 namizəd iştirak etmək hüququ qazanıb.

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinin keçiriləcəyi vaxt və məkan barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Qeyd edək ki, müsahibə mərhələsində namizədlərə ünsiyyət və təqdimatetmə, liderlik, idarəetmə bacarıqları, həmçinin məktəbəqədər təhsil sahəsində pedaqoji və metodiki hazırlıq səviyyəsinin ölçülməsinə dair suallar verilir. Namizədlər müsahibə mərhələsində uğur qazanmaq üçün 3 meyar üzrə maksimum 5, minimum 3,5 bal toplamalıdırlar.

OXŞAR XƏBƏRLƏR
Cəbrayıl şəhərinə ilk köç karvanı yola salınıb

Cəbrayıl şəhərinə ilk köç karvanı yola salınıb

TƏBİB-də geniştərkibli müşavirə keçirilib

TƏBİB-də geniştərkibli müşavirə keçirilib

PA-nın Vətəndaş Qəbulu Mərkəzində oktyabrda vətəndaşların qəbulu cədvəli açıqlanıb

PA-nın Vətəndaş Qəbulu Mərkəzində oktyabrda vətəndaşların qəbulu cədvəli açıqlanıb

XƏBƏR LENTİ
  • 19:08

    Ceyhun Bayramov BMT-nin İnsan hüquqları üzrə Ali Komissarı ilə görüşüb
  • 18:55

    İsrailin Baş Qərargah rəisi Livanda quru manevrinə hazırlıqlarını açıqlayıb
  • 18:51

    SOCAR Türkiyə 1-ci Liqası klubuna sponsorluq edəcək
  • 18:37

    Ceyhun Bayramov Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib
  • 18:34

    Cəbrayıl şəhərinə ilk köç karvanı yola salınıb
  • 18:30

    TƏBİB-də geniştərkibli müşavirə keçirilib
  • 18:25

    Azərbaycan-Somali hərbi əməkdaşlığına dair müzakirələr aparılıb
  • 18:18

    PA-nın Vətəndaş Qəbulu Mərkəzində oktyabrda vətəndaşların qəbulu cədvəli açıqlanıb
    PA-nın Vətəndaş Qəbulu Mərkəzində oktyabrda vətəndaşların qəbulu cədvəli açıqlanıb
Menyu