http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb

31 Oktyabr 2023 , 14:03
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov ötən ay qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılar və onların məşqçiləri ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təşkil edilən görüş Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

İdmançıları salamlayan nazir beynəlxalq arenalarda qazanılan uğurlara görə onları təbrik edib və yeni nailiyyətlər arzulayıb. Daha sonra ələd edilmiş uğurları əks etdirən videoçarx nümayiş olunub.

MMA, kəmər güləşi, sambo, çimərlik voleybolu, tamblinq, aerobika gimnastikası, batut gimnastikası, akrobatika gimnastikası, uşu, parataekvondo, para-atıcılıq, paracüdo, sumo, şahmat, kapoeyra, taekvondo, muaytay, karate növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər.

Görüşdə nazir müavini Mariana Vasileva və nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov da iştirak ediblər.

OXŞAR XƏBƏRLƏR
Cəbrayıl şəhərinə ilk köç karvanı yola salınıb

Cəbrayıl şəhərinə ilk köç karvanı yola salınıb

TƏBİB-də geniştərkibli müşavirə keçirilib

TƏBİB-də geniştərkibli müşavirə keçirilib

PA-nın Vətəndaş Qəbulu Mərkəzində oktyabrda vətəndaşların qəbulu cədvəli açıqlanıb

PA-nın Vətəndaş Qəbulu Mərkəzində oktyabrda vətəndaşların qəbulu cədvəli açıqlanıb

XƏBƏR LENTİ
  • 19:08

    Ceyhun Bayramov BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı ilə görüşüb
  • 18:55

    İsrailin Baş Qərargah rəisi Livanda quru manevrinə hazırlıqlarını açıqlayıb
  • 18:51

    SOCAR Türkiyə 1-ci Liqası klubuna sponsorluq edəcək
  • 18:37

    Ceyhun Bayramov Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib
  • 18:34

    Cəbrayıl şəhərinə ilk köç karvanı yola salınıb
  • 18:30

    TƏBİB-də geniştərkibli müşavirə keçirilib
  • 18:25

    Azərbaycan-Somali hərbi əməkdaşlığına dair müzakirələr aparılıb
  • 18:18

    PA-nın Vətəndaş Qəbulu Mərkəzində oktyabrda vətəndaşların qəbulu cədvəli açıqlanıb
    PA-nın Vətəndaş Qəbulu Mərkəzində oktyabrda vətəndaşların qəbulu cədvəli açıqlanıb
Menyu