Menyu

Gəncədə tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Nərmin Qocamanlı
Gəncədə tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Xəbər verildiyi kimi, iyunun 27-də  Gəncə şəhər sakini Kamil Cəfərovun qəsdən öldürülməsi faktı üzrə şəhər prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Gəncə şəhər prokurorluğu məlumat yayıb.

İstintaqla Samir Hüseynovun tanışı Kamil Cəfərovu aralarında yaranmış mübahisə zamanı şəhərin Nəriman Nərimanov prospektində yerləşən kafedə bıçaqla çoxsaylı xəsarətlər yetirərək xüsusi amansızlıqla qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Samir Hüseynova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsilə yekun ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Teqlər:

"G\u0259nc\u0259d\u0259 tan\u0131\u015f\u0131n\u0131 q\u0259sd\u0259n \u00f6ld\u00fcrm\u0259kd\u0259 t\u0259qsirl\u0259ndiril\u0259n \u015f\u0259xsin m\u0259hk\u0259m\u0259si ba\u015flay\u0131r"

Əlaqəli Xəbərlər