Menyu

Bakı sakini aşkar etdiyi silah-sursatı könüllü polisə təhvil verib

Nərmin Qocamanlı
Bakı sakini aşkar etdiyi silah-sursatı könüllü polisə təhvil verib
1 dəq oxu

Vətəndaşlarda olan döyüş silahlarının könüllük əsasında təhvil verilməsi üçün əhali arasında aparılan profilaktin tədbirlər davam etdirilir.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Xətai RPİ-nin 37-ci PŞ-nə müraciət edən paytaxt sakinlərindən biri aşkar etdiyi silah-sursatı könüllü polisə təhvil vermək istədiyini bildirib. 

Polis vətəndaşın qeyd etdiyi ünvana gəlib və oradan 1 ədəd “Makarov” markalı tapança, 3 ədəd daraq, 108 ədəd müxtəlif çaplı patron, 2 ədəd əl qumbarası və 5 ədəd alışqan (zapal) aşkar edib.

Məlumat verən vətəndaşa qarşı heç bir cəza təhdidi görülməyib. Polisə vaxtında məlumat verdiyi üçün ona təşəkkür edilib.

Əlaqəli Xəbərlər