http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

FAO-nun Naxçıvan bölməsi açılıb

31 Oktyabr 2023 , 21:33
FAO-nun Naxçıvan bölməsi açılıb

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı tərəfdaşlıq və əlaqələndirmə ofisinin Naxçıvan bölməsi fəaliyyətə başlayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Muxtar Respublikanın Kənd Təsərrüfatı Nazirliyində keçirilən tədbirdə məlumat verilib, həmçinin həyata keçiriləcək layihələr müzakirə olunub.

FAO-nun Türkiyədəki nümayəndəsi Sumiter Broca, Azərbaycandakı tərəfdaşlıq və əlaqələndirmə ofisi rəhbərinin müavini Bariz Mehdiyev, Naxçıvan Nazirlər Kabinetinin Aqrar Məsələlər və Ekologiya şöbəsinin müdiri Mübariz Bayramov və kənd təsərrüfatı naziri vəzifəsini icra edən, nazir müavini Xəyalə Dadaşova bildiriblər ki, əsas məqsəd Naxçıvanın kənd təsərrüfatı sahəsinə töhfələr verməkdir.

S.Broca söyləyib ki, hədəf fermerlərin və kənd təsərrüfatı işçilərinin gəlirlərini artırmaq, qida təhlükəsizliyini təmin etməkdir: “Buna güclü inamımız var”.

X.Dadaşova deyib ki, məqsəd həmçinin FAO ilə birlikdə kənd təsərrüfatının inkişafı və bunun çərçivəsində Naxçıvanda orqanik məhsul yetişdirilməsi üzrə lahiyələrin həyata keçirilməsidir: “Düşünürük ki FAO-nun bütün dünya ölkələrində olan təcrübəsi Naxçıvana böyük töhfə verəcək”.

OXŞAR XƏBƏRLƏR
Paytaxtın Sahil qəsəbəsində qaz olmayacaq

Paytaxtın Sahil qəsəbəsində qaz olmayacaq

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

Cəbrayıl şəhərinə ilk köç karvanı yola salınıb

Cəbrayıl şəhərinə ilk köç karvanı yola salınıb

XƏBƏR LENTİ
  • 21:14

    Putin: Suverenliyimiz üçün kritik təhlükə nüvə cavabı üçün səbəb olacaq
  • 20:42

    Hakan Fidan: Qəzzada qəbuledilməz vəziyyət həyəcan siqnalı olmalıdır
  • 20:15

    Qərb Rusiyaya 21 mindən çox sanksiya tətbiq edib
  • 20:11

    Paytaxtın Sahil qəsəbəsində qaz olmayacaq
  • 20:04

    Müdafiə naziri sərgidə nümayiş etdirilən hərbi silah və texnika nümunələri ilə tanış olub - VİDEO
    Müdafiə naziri sərgidə nümayiş etdirilən hərbi silah və texnika nümunələri ilə tanış olub - VİDEO
  • 19:59

    ADY rəhbərliyi “InnoTrans” beynəlxalq sərgisində Orta Dəhlizlə tranzit daşımaların artım dinamikasını müzakirə edib
  • 19:56

    Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
  • 19:45

    Zelenski: Ukraynada bütün istilik elektrik stansiyaları və ən böyük su elektrik stansiyaları dağıdılıb
Menyu