Menyu

Qaxda avtomobil aşıb, bir nəfər ölüb

Nərmin Qocamanlı
Qaxda avtomobil aşıb, bir nəfər ölüb
1 dəq oxu

Noyabrın 1-i saat 05 radələrində Qax şəhəri ərazisində Səbuhi Poladovun idarə etdiyi “Niva” markalı avtomobil yolun kənarında dayanan traktorun qoşqusuna çırpılaraq aşıb.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, nəticədə “Niva” markalı avtomobildəki sərnişin, 1975-ci il təvəllüdlü Qax şəhər sakini Qocayev Coşqun Oktay oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı cinayət işi başlanılıb.

Əlaqəli Xəbərlər