Menyu

Evlərdən oğurluq edən şəxslər saxlanılıb

Nərmin Qocamanlı
Evlərdən oğurluq edən şəxslər saxlanılıb

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Novxanı kəndindəki evlərdən birinin həyətindən 8500 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən kənd sakini Nizami Hüseynov, Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Lökbatan qəsəbəsində evlərdən birinin həyətindən 1450 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən qəsəbə sakini Elşad Nəsirov, Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində isə Maştağa qəsəbəsindəki evlərin birindən 1300 manat dəyərində təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Rasim Elməliyev və Sergey Volovin saxlanılıblar.  

"Operativ Media" xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hər üç faktla bağlı araşdırma aparılır.

Teqlər:

"Evl\u0259rd\u0259n o\u011furluq ed\u0259n \u015f\u0259xsl\u0259r saxlan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər