592 və 567 nömrəli marşrut xətlərində ödəniş “BakıKart”la olacaq
Nərmin Qocamanlı
Noyabrın 13-dən Abşeron rayonunda Xırdalan şəhəri ilə Görədil qəsəbəsini əlaqələndirən 592 və Qobu qəsəbəsi ilə Bakı Beynəlxalq Avtovağzal Kompleksini əlaqələndirən 567 nömrəli marşrut xətləri üzrə hərəkət edən avtobuslarda gedişhaqqı “BakıKart” vasitəsilə ödəniləcək.
"Operativ Media" xəbər verir ki, bu məqsədlə avtobuslarda ödəniş cihazlarının quraşdırılmasına başlanılıb.