Menyu

Gələn il Bakı metrosunun bütün turniketlərində QR bilet sistemi tam tətbiq olunacaq

Nərmin Qocamanlı
Gələn il Bakı metrosunun bütün turniketlərində QR bilet sistemi tam tətbiq olunacaq

“QR bilet ödəmə sisteminin tətbiqi ilə bağlı mövcud ödəniş aparatları, turniketlər uyğunlaşdırılmalı və ya ona uyğun quraşdırılmalıdır. 2019-cu ildə əsas işlər, demək olar ki, yekunlaşdırılıb. 2020-ci ildə iki stansiyada texniki sınaq işləri də uğurla aparılıb. Lakin pandemiya dövründə obyektiv səbəblərdən işlər təxirə salındı”.

"Operativ Media" xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov bildirib. O qeyd edib ki, bu, kifayət qədər texniki araşdırma tələb edir. Çünki burada risk yerüstü və digər nəqliyyat növlərindən daha çoxdur. Onun sözlərinə görə, əsas stansiyalarda gün ərzində on minlərlə sərnişin daxil olur:

“Bir stansiyada bir turniketdə problemin yaşanması yetər ki, böyük narazılıq yaransın. Buna görə bu məsələdə tələskənliyə yol vermək olmaz. Üstəlik, metropolitendə olan turniketlər də bir neçə sistemi əhatə edir və texniki cəhətdən fərqlənir”.

Hidayət Məmmədov əlavə edib ki, Bənövşəyi xətdə işlər davam edir, Yaşıl və Qırmızı xətlərdə isə mərhələ ilə bu sistemin tətbiqinə başlanılıb.

“Tələsməməyimizin əsas səbəbi mümkün texniki natamamlığın olmamasıdır. Təsəvvür edin ki, sərnişini sıx olan stansiyalarda kiçik bir problemin olması yetər ki, sərnişin narazılığı və ümumən, bu sistemə münasibət mənfi olaraq formalaşsın. Şəhər nəqliyyat sistemində bu layihəni həyata keçirən icraçı təşkilat əsas işləri bu il tamamlayacaq. Gələn ilin ilk rübündə bütün stansiyalarda olan ümumən 500-dən artıq turniketdə QR bilet sistemi tam tətbiq olunacaq. Bundan əlavə, artıq digər münasib ödəmə üsullarının tətbiqi də reallıqdır. Gələn il bu istiqamətdə də xəbərləri eşidəcəksiniz. Bunun üzərində fəal iş aparılır”, -deyə “Bakı Metropoliteni”QSC-nin sədr müavini bildirib.

Teqlər:

"G\u0259l\u0259n il Bak\u0131 metrosunun b\u00fct\u00fcn turniketl\u0259rind\u0259 QR bilet sistemi tam t\u0259tbiq olunacaq"

Əlaqəli Xəbərlər