Menyu

Şağanda 53 yaşlı şəxsin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb

Nərmin Qocamanlı
Şağanda 53 yaşlı şəxsin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb

Noyabrın 1-də saat 17 radələrində Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində 1970-ci il təvəllüdlü Cavanşir Abdullayevin ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Xəzər rayon prokurorluğunundan "Operativ Media"ya verilən məlumata görə, araşdırmalarla 1985-ci il təvəllüdlü Pərviz  Xudaverdiyevin aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açmaqla Cavanşir Abdullayevi  qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. 

Pərviz  Xudaverdiyev hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər