Menyu

Binəqədidə qadın əri tərəfindən qətlə yetirilib - YENİLƏNİB

Nərmin Qocamanlı
Binəqədidə qadın əri tərəfindən qətlə yetirilib - YENİLƏNİB

Noyabrın 2-də 1986-cı il təvəllüdlü Zülfiyyə Xamoyevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Binəqədi rayon prokurorluğundan "Operativ Media"ya verilən məlumata görə, araşdırma zamanı 1981-ci il təvəllüdlü Qədir Qasımovun rayonun yeni yaşayış massivi ərazisində yerləşən fərdi yaşayış evlərindən birində aralarında yaranmış mübahisə zamanı Zülfiyyə Xamoyevaya bıçaqla xəsarət yetitərərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, prokurorluğun qərarı əsasında Qədir Qasımov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

***

08:11

Noyabrın 2-də saat 07 radələrində Binəqədi rayonu yeni yaşayış massivində evlərin birində 1986-cı il təvəllüdlü Xamoyeva Zülfiyyə Alim qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən "Operativ Media"ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1981-ci il təvəllüdlü Qasımov Qədir Tahir oğlu saxlanılıb. 

Araşdırma aparılır.

Teqlər:

"Bin\u0259q\u0259did\u0259 qad\u0131n \u0259ri t\u0259r\u0259find\u0259n q\u0259tl\u0259 yetirilib - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər