http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Kapital Bank və “ASAN Məktub” sosial proqramı 35 uşağın arzularını gerçəkləşdirdi

02 Noyabr 2023 , 11:17
Kapital Bank və “ASAN Məktub” sosial proqramı 35 uşağın arzularını gerçəkləşdirdi

Xəbər verdiyimiz kimi, ölkənin birinci bankı Kapital Bank və “ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” sosial proqramı ilə əməkdaşlığı baş tutub.  Layihə çərçivəsində Balakən rayonundan olan və arzularını məktubla https://asanmektub.az/az saytına yerləşdirən 35 uşağın istəkləri reallaşdırılıb. 

Ötən gün Balakən rayonuna yola düşən tərəflər arzularını məktubla çatdıran uşaqlar və onların valideynləri ilə görüşüb.  Balakən regional “ASAN xidmət” mərkəzində baş tutan görüşdə maraqlı anlar yaşanıb. 

Məktublara əsasən uşaqların öz istəklərinə uyğun məktəb ləvazimatları, geyim, oyuncaq kimi hədiyyələr onlara təqdim edilib. Uşaqlar hədiyyələri böyük sevinclə əldə edib. Müxtəlif korporativ sosial məsuliyyət layihələri ilə daim ehtiyacı olan insanların həyatına dəyər qatmağı bacaran Kapital Bank-ın bu əməkdaşlıqda məqsədi həssas qruplara aid olan uşaqlara sevinc bəxş etmək, cəmiyyətdə sosial məsuliyyət və qayğı hissini daha da artırmaqdır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.azsaytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

OXŞAR XƏBƏRLƏR
Leyla Əliyeva 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində olub

Leyla Əliyeva 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində olub

Paytaxtın Sahil qəsəbəsində qaz olmayacaq

Paytaxtın Sahil qəsəbəsində qaz olmayacaq

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

XƏBƏR LENTİ
  • 01:02

    XİN başçısının müavini G20 XİN başçılarının toplantısında çıxış edib
    XİN başçısının müavini G20 XİN başçılarının toplantısında çıxış edib
  • 00:59

    AL: "Qalatasaray" PAOK-u məğlub etdi
  • Dünən
    23:40

    "Tottenhem"in baş məşqçisi: "Qarabağ" təcrübəli Avropa komandasıdır"
  • Dünən
    23:37

    Leyla Əliyeva 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində olub
  • Dünən
    23:01

    AL: "Qarabağ"ın rəqibi qələbə qazandı
  • Dünən
    22:43

    Muxtar Babayev ÜST-nin rəhbəri ilə iqlim dəyişikliyinin səhiyyə sistemlərinə təsirini müzakirə edib
  • Dünən
    22:33

    Ceyhun Bayramov finlandiyalı həmkarı ilə aktual məsələləri müzakirə edib
  • Dünən
    22:15

    Qurban Qurbanov: "Çox düzgün, səliqəli və intizamlı oynamalıyıq"
Menyu