Menyu

Mehdiabadda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsdən 1 kiloqramdan artıq heroin aşkar edilib

Nərmin Qocamanlı
Mehdiabadda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsdən 1 kiloqramdan artıq heroin aşkar edilib
1 dəq oxu

Abşeron Rayon Polis İdarəsi Mehdiabad Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində 1970-ci il təvəllüdlü, əvvəllər də narkotiklərlə bağlı cinayətlərə görə məhkum olunmuş Lənkəran şəhər sakini Məmmədov Tərlan Bahadır oğlu saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 1 kiloqramdan artıq narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

"Operativ Media" xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.

Faktla bağlı Abşeron RPİ-də araşdırma aparılır.

Əlaqəli Xəbərlər