http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Madat Babayan qətlə yetirdiyi azərbaycanlıların yerini etiraf etdi

02 Noyabr 2023 , 13:47
Madat Babayan qətlə yetirdiyi azərbaycanlıların yerini etiraf etdi

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan Babayan Madat Arakeli qətlə yetirdikləri insanların basdırıldığı kütləvi məzarlığın yerini etiraf edib.

"Operativ Media" qurumun məlumatına istinadən bildirir ki, Madat Babayan 1992-ci il fevralın 26-da Xocalıda olan erməni silahlıları ilə birlikdə şəhərdə azərbaycanlılara məxsus olan əmlakların talan edilməsi və törədilən kütləvi insan qırğını faktlarının gizlədilməsini təmin etmək üçün Xankəndi istiqamətində Xocalı-Ballıca-Xankəndi yolayrıcında silahlı post qurduqlarını, üç gün sonra isə bu postda xidmət apardığı vaxt Xocalıda qətlə yetirilən azərbaycanlıların meyitlərinin üç yük avtomobilində gətirildiyini, həmin postdan təxminən 400 metr məsafədə Qarqar çayının sol sahilində qazılan əraziyə tökülərək kütləvi basdırıldığını qeyd edib, eləcə də 1992-ci ilin fevral-mart aylarında Xocalıda törədilən talanlar barədə məlumat verib.

İfadənin yerində yoxlanılması istintaq hərəkəti həyata keçirilərkən, Madat Babayan mülki əhaliyə qarşı cinayət əməllərinin törədildiyi yerləri əyani şəkildə göstərərək bu barədə ətraflı məlumat təqdim edib. Bundan əlavə Madat Babayan, əsir götürülmüş və qanunsuz olaraq Qozlukörpü kənd məktəbində saxlanılmış, amansız rəftar və işgəncələr nəticəsində ölmüş azərbaycanlıların meyitlərini Qozlukörpü kəndində şəxsən dəfn etdiyi yerləri də göstərmişdir. Hazırda qeyd olunan və digər əlaqəli cinayətlərlə bağlı kompleks araşdırmalar aparılır.

Qeyd edək ki, bu ilin sentyabr ayında keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində qanunsuz silahlı birləşmələrə daxil olmaqla “AKM” avtomatı ilə silahlanıb, mütəşəkkil dəstə halında milli ədavət və düşmənçilik niyyəti ilə terrorçuluq əməlləri törətməkdə şübhəli bilinən Babayan Madat Arakeli Kəlbəcər rayonunun Qozlukörpü kəndi ərazisində tərk-silah edilərək saxlanılıb.

OXŞAR XƏBƏRLƏR
Leyla Əliyeva 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində olub

Leyla Əliyeva 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində olub

Paytaxtın Sahil qəsəbəsində qaz olmayacaq

Paytaxtın Sahil qəsəbəsində qaz olmayacaq

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

XƏBƏR LENTİ
  • 01:02

    XİN başçısının müavini G20 XİN başçılarının toplantısında çıxış edib
    XİN başçısının müavini G20 XİN başçılarının toplantısında çıxış edib
  • 00:59

    AL: "Qalatasaray" PAOK-u məğlub etdi
  • Dünən
    23:40

    "Tottenhem"in baş məşqçisi: "Qarabağ" təcrübəli Avropa komandasıdır"
  • Dünən
    23:37

    Leyla Əliyeva 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində olub
  • Dünən
    23:01

    AL: "Qarabağ"ın rəqibi qələbə qazandı
  • Dünən
    22:43

    Muxtar Babayev ÜST-nin rəhbəri ilə iqlim dəyişikliyinin səhiyyə sistemlərinə təsirini müzakirə edib
  • Dünən
    22:33

    Ceyhun Bayramov finlandiyalı həmkarı ilə aktual məsələləri müzakirə edib
  • Dünən
    22:15

    Qurban Qurbanov: "Çox düzgün, səliqəli və intizamlı oynamalıyıq"
Menyu