Menyu

Neftçalada sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb

Nərmin Qocamanlı
Neftçalada sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, keçirilən müvafiq tədbirlər nəticəsində 12 nəfər rayon sakinindən müvafiq sənədləri olmayan müxtəlif marka və kalibrli ov tüfəngləri aşkar edilərək götürülüb. 
Faktlarla bağlı Neftçala RPŞ-də araşdırmalar davam etdirilir.

Teqlər:

"Neft\u00e7alada sakinl\u0259rind\u0259n qanunsuz saxlan\u0131lan odlu silahlar a\u015fkarlan\u0131b"

Əlaqəli Xəbərlər