Menyu

Binəqədidə musiqi alətləri mağazasından oğurluğa cəhd edən şəxs tutulub

Nərmin Qocamanlı
Binəqədidə musiqi alətləri mağazasından oğurluğa cəhd edən şəxs tutulub
1 dəq oxu

Noyabrın 1-də gecə saatlarında Binəqədi rayonu ərazisində yerləşən qorunan musiqi alətləri mağazasından Binəqədi Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, polis əməkdaşları dərhal həmin ünvana gəlib və oradan oğurluğa cəhd göstərməkdə şübhəli bilinən şəxs saxlanılaraq 40-cı Polis Bölməsinə təhvil verilib.

Onun Qubadlı rayon sakini T.Ələsgərov olması məlum olub. 

Araşdırma aparılır.

Əlaqəli Xəbərlər