Menyu

Nardaranda köhnə məhkumdan heroin aşkar olunaraq götürülüb

Nərmin Qocamanlı
Nardaranda köhnə məhkumdan heroin aşkar olunaraq götürülüb
1 dəq oxu

Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Nardaran qəsəbəsindəki evlərin birindən 3100 manat dəyərində velosiped, məişət əşyaları və inşaat materialları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Nəriman Tağıyev saxlanılıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə DİN mətbuat xidmətindən bildirilib.

Şəxsi axtarış zamanı ondan heroin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.

Əlaqəli Xəbərlər