Ağcabədidə məktəblilərlə görüş keçirilib
Nərmin Qocamanlı
Ağcabədi Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Xocavənd kəndində yerləşən 1,2 və 3 saylı tam orta məktəblərdə təhsil alan şagirdlərlə narkomaniyaya qarşı maarifləndirmə tədbiri keçirilib.
DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, tədbirdə söz açan RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Elmir Dəmirçiyev və digər çıxışçılar narkomaniyanın səbəb olduğu fəsadlarla bağlı ətraflı məlumat veriblər. Şagirdlərə bu bəladan uzaq olmağı, ali təhsilə yiyələnməyi və sağlam həyat yaşamağı tövsiyə ediblər.
Sonda isə maraq doğuran suallar cavablandırılıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net