Menyu

Qaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü müəyyən olunub

Nərmin Qocamanlı
Qaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü müəyyən olunub

Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən Gəncə şəhər sakini Tural Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobil nəzarət-yoxlama qaydasında şəhər ərazisində saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, yoxlama zamanı sürücünün əməllərində sərxoşluq əlamətləri hiss edildiyindən o, tibbi müayinədən keçirilib. Müayinənin də nəticəsinə əsasən onun narkotik vasitə qəbul etdiyi sübuta yetirilib.
Tural Məmmədov barəsində toplanmış materiallar məhkəməyə göndərilib.
Həmçinin, “Təmiz hava” aylığı çərçivəsində keçirilən tədbirlər zamanı atmosferə normadan artıq tullantı ixrac edən nəqliyyat vasitələrinin sürücüləri barəsində protokol tərtib olunub.

Teqlər:

"Qaxda narkotik vasit\u0259nin t\u0259siri alt\u0131nda avtomobil idar\u0259 ed\u0259n s\u00fcr\u00fcc\u00fc m\u00fc\u0259yy\u0259n olunub"

Əlaqəli Xəbərlər