Menyu

Bakı sakini Masallıda külli miqdarda narkotik vasitə və psixotrop maddə ilə saxlanılıb

Nərmin Qocamanlı
Bakı sakini Masallıda külli miqdarda narkotik vasitə və psixotrop maddə ilə saxlanılıb

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər soyğunçuluq və xuliqanlıq əməlinə görə məhkum olunmuş Nadir Dadaşov idarə etdiyi "Land Cruiser" markalı avtomobillə saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, şəxsi axtarış zamanı ondan hazır bükümlərdə qablaşdırılmış külli miqdarda heroin, əlavə olaraq metamfetamin və metadon həbləri aşkarlanaraq götürülüb. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırma aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər