http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Peşələr Festivalının növbəti ünvanı Zaqatala şəhəri olub

01 Noyabr 2023 , 15:03
Peşələr Festivalının növbəti ünvanı Zaqatala şəhəri olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ikinci dəfə keçirilən Peşələr Festivalının növbəti ünvanı Zaqatala şəhəri olub.

Festivalda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, dövlət və özəl sektorun nümayəndələri, yerli ekspertlər, işəgötürənlər, tələbə və gənclər iştirak edib.

H.Abdullayev ölkəmizdə əhalinin məşğulluğunun və aktiv məşğulluq tədbirlərinin təmin olunması istiqamətində görülən işləri diqqətə çatdırıb.

Yeniyetmə və gənclərin peşələrə marağının artırılmasında və əmək bazarının tələblərinə uyğun peşə seçimində festivalın rolu yüksək qiymətləndirilib.

Qonaqlar təqdim olunan peşələrin stendləri ilə tanış olub, ekspertlərlə söhbət ediblər.

Festival çərcivəsində robototexnika, proqram tərtibatçısı, data analitika, aşpaz, barista, aqronom, bərbər, mobil telefonların təmiri ustası, elektrik avadanlıqların təmiri, yardım masası, Uİ/UX dizayner, qrafik dizayner, geyim üzrə dizayner, fotoqraf/videoqraf peşələri üzrə peşəkar ekspertlər tərəfindən təqdimat və vörkşoplar keçirilir.

Qeyd edək ki, bu dəfə də ölkənin 10 rayon və şəhərində “Peşəni peşəkardan soruş!” devizi ilə keçirilən festivalda iştirakçılar peşələr üzrə hansı bacarıqların tələb olunduğunu öyrənir, müxtəlif peşələr üzrə ekspertlərin təqdimatlarında iştirak edir və peşələrlə əyani şəkildə tanış olmaq imkan əldə edirlər.

Bundan başqa festival iştirakçılarına Agentliyin Mərkəzi Karyera filialının karyera məsləhətçiləri tərəfindən peşəyönümü məsləhət xidmətlərinin göstərilməsi təmin edilir, onlara xidmətlər haqqında məlumat verilir.  

Növbəti festival 3 noyabr 2023-cü il tarixində Şəmkirdə keçiriləcək.

OXŞAR XƏBƏRLƏR
Paytaxtın Sahil qəsəbəsində qaz olmayacaq

Paytaxtın Sahil qəsəbəsində qaz olmayacaq

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

Cəbrayıl şəhərinə ilk köç karvanı yola salınıb

Cəbrayıl şəhərinə ilk köç karvanı yola salınıb

XƏBƏR LENTİ
  • 23:01

    AL: "Qarabağ"ın rəqibi qələbə qazandı
  • 22:43

    Muxtar Babayev ÜST-nin rəhbəri ilə iqlim dəyişikliyinin səhiyyə sistemlərinə təsirini müzakirə edib
  • 22:33

    Ceyhun Bayramov finlandiyalı həmkarı ilə aktual məsələləri müzakirə edib
  • 22:15

    Qurban Qurbanov: "Çox düzgün, səliqəli və intizamlı oynamalıyıq"
  • 21:55

    XİN İsrail və Livandakı Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib
    XİN İsrail və Livandakı Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib
  • 21:41

    Fahrettin Altun: İsrail baş naziri dünyada dinc əhalinin qətliamından danışan sonuncu şəxsdir
  • 21:27

    Ceyhun Bayramov latviyalı həmkarı Baiba Braje ilə görüşüb
    Ceyhun Bayramov latviyalı həmkarı Baiba Braje ilə görüşüb
  • 21:14

    Putin: Suverenliyimiz üçün kritik təhlükə nüvə cavabı üçün səbəb olacaq
Menyu