http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Peşələr Festivalının növbəti dayanacağı İsmayıllı şəhəri olub

30 Oktyabr 2023 , 15:57
Peşələr Festivalının növbəti dayanacağı İsmayıllı şəhəri olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ikinci dəfə keçirilən Peşələr Festivalının növbəti dayanacağı İsmayıllı şəhəri olub.

Dövlət Məşğulluq Agentliyindən "Operativ Media"ya bildirilib ki, festivalda Agentliyin İdarə Heyəti sədrinin müavini Cəmaləddin Quliyev, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Nahid Bağırov, dövlət və özəl qurumların nümayəndələri, yerli ekspertlər, işəgötürənlər, tələbə və gənclər iştirak ediblər.

Tədbirdə yeniyetmə və gənclərin müasir əmək bazarı barədə məlumatlılığının və peşələrə marağının artırılmasında, əmək bazarının tələblərinə uyğun peşə seçimində festivalın rolu yüksək qiymətləndirilib.

Bildirilib ki, bu dəfə ölkənin 10 rayon və şəhərində “Peşəni peşəkardan soruş!” devizi ilə keçiriləcək festivalda iştirakçılar peşələr üzrə hansı bacarıqların tələb olunduğunu öyrənəcək, müxtəlif peşələr üzrə ekspertlərin təqdimatlarında iştirak edəcək və peşələrlə əyani şəkildə tanış ola biləcəklər.

Növbəti festival noyabrın 1-də Zaqatalada keçiriləcək.

OXŞAR XƏBƏRLƏR
Balaxanı, Sabunçu və Ramana qəsəbələrinin bir hissəsinə suyun verilməsində fasilə yaranacaq

Balaxanı, Sabunçu və Ramana qəsəbələrinin bir hissəsinə suyun verilməsində fasilə yaranacaq

“LC Waikiki”nin Azərbaycandakı rəsmi nümayəndəsi məhkəmədə iddia qaldırıb

“LC Waikiki”nin Azərbaycandakı rəsmi nümayəndəsi məhkəmədə iddia qaldırıb

Sabiq şöbə rəisləri Mahir Şirvanov və Məlikməmməd Qurbanov barəsində hökmlərdən apellyasiya protesti verilib

Sabiq şöbə rəisləri Mahir Şirvanov və Məlikməmməd Qurbanov barəsində hökmlərdən apellyasiya protesti verilib

XƏBƏR LENTİ
  • 17:24

    Nyu-Yorkda TDT XİN başçılarının qeyri-rəsmi görüşü keçirilib - FOTO
    Nyu-Yorkda TDT XİN başçılarının qeyri-rəsmi görüşü keçirilib  - FOTO
  • 17:19

    Balaxanı, Sabunçu və Ramana qəsəbələrinin bir hissəsinə suyun verilməsində fasilə yaranacaq
  • 17:11

    “LC Waikiki”nin Azərbaycandakı rəsmi nümayəndəsi məhkəmədə iddia qaldırıb
  • 17:09

    "Araz-Naxçıvan" - "Səbail" matçı Sumqayıtda keçiriləcək
  • 17:08

    Sabiq şöbə rəisləri Mahir Şirvanov və Məlikməmməd Qurbanov barəsində hökmlərdən apellyasiya protesti verilib
  • 17:06

    AAYDA: Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşır
  • 16:52

    Pərviz Şahbazov Serbiyaya səfər edib
  • 16:46

    Azərbaycan-Qətər hərbi-texniki əməkdaşlığının perspektivləri müzakirə olunub
Menyu