Menyu

Paytaxt sakinləri silah-sursatı könüllü polisə təhvil veriblər

Nərmin Qocamanlı
Paytaxt sakinləri silah-sursatı könüllü polisə təhvil veriblər

Vətəndaşlarda olan döyüş silahlarının könüllülük əsasında təhvil verilməsi üçün əhali arasında aparılan profilaktik tədbirlər davam etdirilir.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Xətai RPİ-nin 35-ci PB-nə müraciət edən paytaxt sakinlərindən biri 1986-cı ildə dünyasını dəyişən atasından qalan və bu günə kimi saxladığı 1 ədəd tək lüləli ov tüfəngini könüllü polisə təhvil verib. 

Bundan başqa Xətai rayon sakini olan daha bir nəfər polisə məlumat verərək aşkar etdiyi 3 ədəd əl qumbarası, 3 ədəd alışqan, 1 ədəd patron darağı və 82 ədəd müxtəlif növ odlu silaha aid partonları polisə təhvil verib. 

Məlumat verən vətəndaşlara qarşı heç bir cəza tədbiri görülməyib. Polisə vaxtında məlumat verdiyi üçün onlara təşəkkür edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər