Menyu

“Hökumət buludu”na keçən qurumların sayı artıb

Nərmin Qocamanlı
“Hökumət buludu”na keçən qurumların sayı artıb
1 dəq oxu

Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin informasiya sistemləri və ehtiyatları “Hökumət buludu”na keçəcək.

"Operativ Media" xəbər verir k, Nazirlər Kabineti bununla bağlı “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planına dəyişiklik edib.

Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na keçidinin təşkil olunması istiqamətində aidiyyəti üzrə zəruri tədbirlərin görülməsini təmin etməlidir.

 

Əlaqəli Xəbərlər