Menyu

Məktəb və uşaq bağçasının kollektivləri Dövlət Sərhəd Xidməti Akademiyasında ekskursiyada olublar

Nərmin Qocamanlı
Məktəb və uşaq bağçasının kollektivləri Dövlət Sərhəd Xidməti Akademiyasında ekskursiyada olublar

Noyabrın 3-ü Xətai rayonunda yerləşən 257 və 269 nömrəli tam orta məktəblərin yuxarı sinif şagirdləri, “Dəniz” uşaq bağçasının kollektivlərinin sərhədçi peşəsinə marağın artırılması və hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə Dövlət Sərhəd Xidməti Akademiyasına ekskursiyaları təşkil edilib.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən "Operativ Media" verilən məlumata görə, akademiya rəhbərliyi və qonaqlar əvvəlcə “Heydər Əliyev guşəsi” və “Dəmir yumruq” abidə kompleksini ziyarət edib, abidənin önünə güllər düzüb.

Daha sonra tədbir iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyеvin sərəncamı ilə 2007-ci ildə yaradılmış Dövlət Sərhəd Xidmətinin Akadеmiyasında ölkəmizin sərhəd təhlükəsizliyinin təmin edilməsi üçün vətənpərvər, savadlı, peşəkar zabit kadrlarının yetişdirilməsini təmin edən, müasir standartlara cavab verən şəraitin, güclü еlmi-tədris bazasının və yüksək ixtisaslı hərbi-pеdaqoji hеyət barədə geniş məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərhədçilərlə görüşlərini əks etdirən fotoşəkillər və Vətən müharibəsində qəhrəmanlıq göstərmiş sərhədçilər haqqında məlumatların yer aldığı guşə qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbir çərçivəsində məktəblilər və uşaqlar kursantların tədris prosesi, məişət şəraiti ilə yaxından tanış olublar.

Teqlər:

"M\u0259kt\u0259b v\u0259 u\u015faq ba\u011f\u00e7as\u0131n\u0131n kollektivl\u0259ri D\u00f6vl\u0259t S\u0259rh\u0259d Xidm\u0259ti Akademiyas\u0131nda ekskursiyada olublar"

Əlaqəli Xəbərlər