MN: Bu gün "Əsgərə məktub" layihəsi çərçivəsində növbəti aksiya keçiriləcək
Nərmin Qocamanlı
Müdafiə Nazirliyinin tədbirlər planına əsasən 8 Noyabr - Zəfər Günü münasibətilə Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi və "Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyi ilə birgə "Əsgərə məktub" layihəsi çərçivəsində növbəti aksiya keçiriləcək.
Nazirliyin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, tədbir bu gün - 04.11.2023-cü il tarixdə saat 15:00-19:00-dək Yasamal rayonu, Qəzənfər Musabəyovun adını daşıyan parkda keçiriləcək.
Tədbirdə İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, ümumtəhsil məktəblərinin şagirdləri və ictimaiyyət nümayəndələri iştirak edəcəklər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net