Bakıdan Ağstafaya gecə qatarı ilə səfər etmək mümkün olacaq
Nərmin Qocamanlı
Bayram günlərində Bakıdan Ağstafaya gecə qatarı ilə səfər etmək mümkün olacaq. “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını nəzərə alaraq 7-12 noyabr tarixlərinə əlavə reyslər təyin edib.
"Operativ Media" QSC-yə istinadən xəbər verir ki, 7-11 noyabrda Bakıdan 23:55-də yola düşən qatar Ağstafaya 06:23-də çatacaq.
Məlumata görə, 8-12 noyabrda Ağstafadan saat 09:00-da yola düşən qatar Bakıya 15:29-da çatacaq.
Biletləri ady.az-dan və kassalardan əldə edə bilərsiniz.