Menyu

Tərtərdə subartezian quyularına məxsus elektrik kabelləri oğurlanıb

Nərmin Qocamanlı
Tərtərdə subartezian quyularına məxsus elektrik kabelləri oğurlanıb

Tərtər rayonunun Xoruzlu kəndi ərazisində yerləşən subartezian quyularına məxsus elektrik kabellərinin oğurlanması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, keçirilmiş əməliyyat tədbiri nəticəsində qeyd edilən oğurluqda şübhəli bilinən rayon sakini  Cahandar Muradlı saxlanılıb. O, dindirilmə zamanı törətdiyi əməli etriaf edib.

Bundan başqa polis əməkdaşlarının keçirdiyi digər bir tədbirlə qanunsuz ov edən şəxs də saxlanılıb. Onun rayon sakini Savalan Məmmədov olduğu müəyyən edilib. S.Məmmədovun rayonun Güləbətli kəndi ərazisində qanunsuz olaraq ovladığı heyvan maddi sübut kimi aşkar edilərək götürülüb.
Araşdırmalar davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər