Menyu

Binə qəsəbəsində silah-sursat aşkarlanıb

Nərmin Qocamanlı
Binə qəsəbəsində silah-sursat aşkarlanıb

Profilaktik və əməliyyat tədbirləri zamanı Binə qəsəbəsində 2 ədəd “Kalaşnikov” avtomatı, 1 ədəd tüfəng, 2 ədəd qumbara və 25 ədəd patron aşkar edilib

Vətəndaşlarda olan odlu silah-sursatların könüllülük əsasında təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər davam etdirilir.
Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə müraciət edən Binə qəsəbəsi sakini özündə olan 1 ədəd “Kalaşnikov” markalı avtomatı, 1 ədəd darağı və 10 ədəd patronu könüllü olaraq polislərə təhvil verib.
Bundan başqa həmin qəsəbədə yaşayan daha bir paytaxt sakini gizlətdiyi 1 ədəd lüləsi və qundağı kəsilmiş tüfəngi, 1 ədəd qumbaranı, eləcə də 3 ədəd patronun yeri barədə 3-cü Polis Şöbəsinə məlumat verib. Qeyd edilən silah-sursat təhlükəsizlik tədbirləri görülərək gizlədilən yerdən götürülüb. Polisə vaxtında məlumat verən vətəndaşlara təşəkkür edilib.
Şöbə əməkdaşları tərəfindən həmçinin son günlərdə keçirilən tədbirlər zamanı daha 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd qumbara, 15 ədəd patron və 1 ədəd patron darağı əməliyyat yolu ilə əldə edilib.
Araşdırmalar davam etdirilir.

Teqlər:

"Bin\u0259 q\u0259s\u0259b\u0259sind\u0259 silah-sursat a\u015fkarlan\u0131b"

Əlaqəli Xəbərlər