Menyu

Ali Məhkəmə yeni qaydalar qəbul edib

Ali Məhkəmə yeni qaydalar qəbul edib

Ali Məhkəmənin Plenumu vahid məhkəmə təcrübəsinə əlçatanlığı təmin edəcək yeni qaydalar qəbul edib.

Bu barədə "Operativ Media"ya Ali Məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Ali Məhkəmənin Plenumunun növbəti iclasında “Vahid məhkəmə təcrübəsi baxımından əhəmiyyətli olan məhkəmə aktlarının indeksləşdirilməsi Qaydalarının təsdiq edilməsi haqqında” qərar layihəsi müzakirəyə çıxarılıb.

Layihə Azərbaycan Respublikasında vahid məhkəmə təcrübəsinin formalaşdırılması, o cümlədən məhkəmələr tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi zamanı hüquqi məsələlərin həllində yanaşmanın sabitliyinin, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı hüquqi mövqelərin proqnozlaşdırılan olmasının, eləcə də bu hüquqi mövqeləri özündə əks etdirən məhkəmə aktlarına əlçatanlığın təmin edilməsi məqsədilə hazırlanıb.

Müzakirələrdən sonra “Vahid məhkəmə təcrübəsi baxımından əhəmiyyətli olan məhkəmə aktlarının indeksləşdirilməsi” Qaydaları səsverməyə çıxarılaraq təsdiq edilib.

Teqlər:

"Ali M\u0259hk\u0259m\u0259 yeni qaydalar q\u0259bul edib"

Əlaqəli Xəbərlər