Menyu

Ötən gün axtarışda olan 115 nəfər saxlanılıb

Nərmin Qocamanlı
Ötən gün axtarışda olan 115 nəfər saxlanılıb
1 dəq oxu

4-5 noyabr tarixlərində ölkə ərazisində qeydə alınan 76, əvvəlki dövrlərdən bağlı qalan 32 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 115, o cümlədən borclu şəxs qismində axtarışda olan 84 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 30, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 41 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.

Əlaqəli Xəbərlər