Şuşada 5 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib
Nərmin Qocamanlı
Şuşa rayonunda 5 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
"Operativ Media" xəbər verir ki, hadisə rayonun Daşaltı kəndində qeydə alınıb.
Elvin Abbasovun idarə etdiyi "Nissan Navara" markalı avtomobil idarəetmənin itməsi nəticəsində yoldan çıxaraq aşıb və avtomobildən yanğın baş verib. Nəticədə avtomobildə olan sərnişinlər Kamil Qaybalıyev, Rəşad Atakişiyev, Şahbaz İsayev, Eldəniz Həsənov, Hümbət Hümbətov hadisə yerində yanaraq ölüblər.
Sürücü isə ağır yanıq xəsarətıəri ilə Füzuli rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı APA-ya faktı təsdiqləyib. Bildirib ki, baṣ vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Şuşa Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. Hazırda iatintaq davam etdirilir.
Qeyd edək ki, qəzaya düşənlər işğaldan azad edilən ərazidə fəaliyyət göstərən yol tikinti şirkətlərinin birinin əməkdaşlarıdır.
Teqlər:
"\u015eu\u015fada 5 n\u0259f\u0259rin \u00f6l\u00fcm\u00fc il\u0259 n\u0259tic\u0259l\u0259n\u0259n yol q\u0259zas\u0131 ba\u015f verib"