Menyu

Ağsuda avtomobil dərəyə aşıb, ölənlər var

Nərmin Qocamanlı
Ağsuda avtomobil dərəyə aşıb, ölənlər var
1 dəq oxu

Noyabrın 6-sı saat 09:30 radələrində Ağsu dolaylarında Həsən Həsənlinin idarə etdiyi “Mercedes” markalı avtomobil dərəyə aşıb.

Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə olan sərnişinlər – 1974-cü il təvəllüdlü Xangəldiyev Əmir Ağaxan oğlu və onun 2008-ci il təvəllüdlü oğlu M.Xangəldiyev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya bildirilib ki, sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Faktla bağlı araşdırma aparılır.

Əlaqəli Xəbərlər