Menyu

Hacıqabul rayonunda sursat aşkarlanıb

Nərmin Qocamanlı
Hacıqabul rayonunda sursat aşkarlanıb

Hacıqabul Rayon Polis Şöbəsinə rayon ərazisində məişət tullantılarının atıldığı ərazidə müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, məlumatla əlaqədar dərhal RPŞ-nin əməkdaşları hadisə yerinə gələrək baxış keçiriblər. Aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan ərazidə olan sellofan torbadan 256 ədəd müxtəlif çaplı  patron, 1 ədəd F-1 əl qumbarası və 3 ədəd UZRQM təlim partladıcısı aşkar olunaraq aidiyyəti üzrə ANAMA-nın əməkdaşlarına təhvil verilib.

Bundan əlavə sursatların tapıldığı yerin ətrafında əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Faktla bağlı Hacıqabul RPŞ-də araşdırmalar aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər