Menyu

Yevlax Pilot Aqroparkda daha iki MMC-yə rezident statusu verilib

Nərmin Qocamanlı
Yevlax Pilot Aqroparkda daha iki MMC-yə rezident statusu verilib
1 dəq oxu

Yevlax Pilot Aqroparkda “NYUVADI” MMC və “ELKÜR” MMC-yə rezident statusu verilib.

"Operativ Media" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X"də bildirib.

Qeyd olunub  ki, rezidentlər tərəfindən 41,9 hektar sahədə investisiya həcmi 354 min manat olan intensiv meyvə bağları salınacaq, 8 nəfər daimi, 30 nəfər isə mövsümi işlə təmin ediləcək.

Əlaqəli Xəbərlər