Menyu

Masallıda qızını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Əziz Əzizli
Masallıda qızını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Noyabrın 07-də saat 4 radələrində Masallı rayonu Birinci Yeddioymaq kəndində evlərin birində 1996-cı il təvəllüdlü Fətullayeva Salatın Hüseyin qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Bu barədə "Operativ Media"ya DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib.

Məlumata görə, cinayət əməlini törətməkdə qadının atası 1969-cü il təvəllüdlü Şükürov Hüseyn Qurban oğlu şübhəli bilinir. O, saxlanılıb.

Hadisə ailə münaqişəsi zəminində baş verib.

Araşdırma aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər