Menyu

Tətil günlərində milli parklarda gözlənilən hava şəraiti açıqlanıb

Nərmin Qocamanlı
Tətil günlərində milli parklarda gözlənilən hava şəraiti açıqlanıb
1 dəq oxu

Milli parklarda bayram və istirahət günlərində gözlənilən hava şəraiti açıqlanıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb:

Samur –Yalama milli parkı

Hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 10-da gündüz arabir yağış yağacağı gözlənilir. Arabir intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.

Qərb küləyi 5-10 m/s,10-da arabir 15-18 m/s-dək güclənəcək.

Havanın temperaturu gecə 6-11° isti, gündüz 18-21°isti olacaq.

Altıağac milli parkı

Havanın əsasən yağmursuz keçəcəyi, lakin 08-də gecə və səhər 10-da isə axşama doğru arabir yağış yağacağı gözlənilir.

Qərb küləyi 5-10 m/s, 10-da arabir 15-18 m/s-dək güclənəcək.

Havanın temperaturu gecə 4-9° isti, gündüz 10-15° isti olacaq.

Ağgöl milli parkı

Havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 10-da axşam arabir yağış yağacağı gözlənilir.

Qərb küləyi 5-10 m/s, 10-da arabir 15-18 m/s-dək güclənəcək.

Havanın temperaturu gecə 7-12° isti, gündüz 20-23° isti olacaq.

Qızılağac milli parkı

Havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 08-də gecə və səhər, 10-u gündüz arabir

yağış yağacağı gözlənilir. Qərb küləyi 5-10 m/s, 10-da arabir 15-18 m/s-dək güclənəcək.

Havanın temperaturu gecə 6-11° isti, gündüz 17-20° isti olacaq.

Göygöl milli parkı

Havanın əsasən yağmursuz keçəcəyi, lakin 10-da gündüzdən arabir yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Qərb küləyi 5-10 m/s, 10-da arabir 15-18 m/s-dək güclənəcək.

Havanın temperaturu gecə 7-10° isti, gündüz 15-17° isti olacaq.

Şirvan milli parkı

Havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 08-də gecə və səhər, 10-da axşam arabir yağış yağacağı ehtimalı var.

Qərb küləyi 5-10 m/s, 10-da arabir 15-18 m/s-dək güclənəcək.

Havanın temperaturu gecə 6-11° isti, gündüz 19-22° isti olacaq.

Hirkan milli parkı

Havanın əsasən yağmursuz keçəcəyi, lakin 08-də gecə və səhər, 10-u gündüz arabir yağış yağacağı gözlənilir.

Qərb küləyi 5-10 m/s, 10-da arabir 15-18 m/s-dək güclənəcək.

Havanın temperaturu gecə 6-11° isti, gündüz 17-20° isti olacaq.

Əlaqəli Xəbərlər