Menyu

FHN: Ötən sutka ərzində 4-ü azyaşlı olmaqla 8 nəfər xilas edilib

Nərmin Qocamanlı
FHN: Ötən sutka ərzində 4-ü azyaşlı olmaqla 8 nəfər xilas edilib
1 dəq oxu

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 27 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-nin mətbuat xidmətindən "Operativ Media"ya bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-nin qüvvələri tərəfindən ötən sutka ərzində 4-ü azyaşlı olmaqla 8 nəfər xilas edilib. Həmçinin yanğınlar zamanı 1 nəfər yanıq xəsarəti alıb, 1 nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzə təhvil verilib.

Əlaqəli Xəbərlər