Menyu

Son 9 ayda Pirallahı Sənaye Parkında 12,3 milyon manatlıq məhsul istehsal edilib

Nərmin Qocamanlı
Son 9 ayda Pirallahı Sənaye Parkında 12,3 milyon manatlıq məhsul istehsal edilib
1 dəq oxu

Pirallahı Sənaye Parkında 2023-cü ilin yanvar-sentyabr ayları ərzində 12,3 milyon manatlıq məhsul istehsal edilib və bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 53,6% çoxdur.

"Operativ Media" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "X" hesabında bildirib:

"Sənaye Parkında indiyədək 42 milyon manatlıq məhsul istehsal olunub. Pirallahı Sənaye Parkına indiyədək rezidentlər tərəfindən 37 milyon manatadək investisiya yatırılıb, 130-dan çox daimi iş yeri yaradılıb".

O, qeyd edib ki, mövcud layihələr üzrə 30 milyon manat investisiyanın qoyulması, 250-dən çox iş yerinin yaradılması nəzərdə tutulur.

Nərmin Qocamanova

Əlaqəli Xəbərlər