Menyu

Bakı hava limanı bayramda gücləndirilmiş iş rejimində çalışacaq

Nərmin Qocamanlı
Bakı hava limanı bayramda gücləndirilmiş iş rejimində çalışacaq

Heydər Əliyev Beynəlxalq Aeroportu 2023-cü il noyabrın 8-dən 12-dək davam edəcək qeyri-iş günlərində sərnişinlərin maksimum rahatlığını və təhlükəsizliyini təmin etmək məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

"Operativ Media" xəbər verir ki,  bu barədə hava limanında istinadən xəbər verir.

Məlumata görə, bu müddətdə gözlənilən sərnişin axınının artması ilə əlaqədar limanın bütün xidmətlərinin çevik və operativ xidmət göstərilməsi üçün lazimi tədbirlər həyata keçirilib.

Sərnişinlərə reysə qeydiyyat və digər rəsmi prosedurları vaxtında keçmək üçün uçuşdan ən azı 2 saat əvvəl hava limanına gəlmələri və aeroportun rəsmi saytında www.airport.az uçuşların gediş-gəliş vaxtını operativ şəkildə izləmək tövsiyə olunur.

Heydər Əliyev Beynəlxalq Aeroportundan sərnişinlərə 34 aviaşirkətin xidmət göstərdiyi 80-ə yaxın istiqamətə səyahət etmək imkanı təqdim edilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər