Menyu

Ucarda anasını qətlə yetirən oğulun məhkəməsi başlayır

Nərmin Qocamanlı
Ucarda anasını qətlə yetirən oğulun məhkəməsi başlayır
1 dəq oxu

Xəbər verildiyi kimi, cari il avqustun 18-də Ucar rayon Qaradağlı kənd sakini 1981-ci il təvəllüdlü Şəlalə Qurbanovanın öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Ucar rayon prokurorluğundan "Operativ Media"ya verilən məlumata görə, istintaqla 2000-ci il təvəllüdlü Faiq Qurbanovun aralarında yaranmış mübahisə zamanı anası Şəlalə Qurbanovanı yaşadığı evdə naqillə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faiq Qurbanova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Əlaqəli Xəbərlər