Bakıda Zəfər yürüşü keçirilib
8 Noyabr - Zəfər Günü münasibətilə paytaxtın müxtəlif küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə hərbçilərin yürüşləri keçirilib.
"Operativ Media" xəbər verir ki, yürüşlərdən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Qeyd edək ki, yürüşlər 4 marşrut üzrə keçirilib:
- Heydər Əliyev Sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı - "AMAY" Ticarət Mərkəzi;
- Şəhidlər Xiyabanı - "Alov Qüllələri" Kompleksi - "İçərişəhər" metrosu - İstiqlaliyyət küçəsi - Azneft dairəsi - Bəhram Gur heykəli;
- Q.Musabəyov parkı - Əbdürrəhim Bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər Xiyabanı;
- "Olimpik Star" İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev sarayı - İ. Nəsimi heykəli - Neftçilər prospekti.
Bundan başqa, Gəncə, Bərdə, Füzuli, Laçın şəhərlərində və Zəngilan rayonunda müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçirilir.